Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının ikinci həftəsi başlayıb
Mingəçevir, 17 iyun, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin online formatda keçirilən imtahan sessiyasının ikinci həftəsinə start verilib. “Microsoft Teams” platforması üzərindən şifahi formada təşkil olunan ikinci imtahan həftəsinin ilk günündə ümumilikdə 41 qrup üzrə 683 tələbənin iştirakı nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, akademik heyətin və tələbələrin yüksək aktivliyi şəraitində keçən imtahanlarda iştirak edən bütün tələbələr müvəffəq qiymətlər alıblar.
Pandemiya dövrünün reallıqları nəzərə alınmaqla, imtahanlarda iştirak edən tələbələrə MDU tərəfindən müvafiq güzəştlər tətbiq edilir. Həm əyani, həm də qiyabi formada təhsil alan tələbələr, eləcə də magistrantlar yaradılan şəraitdən və imtahanların təşkilindən razı qaldıqlarını bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:19]
Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir
- 08.10.2026 [17:15]
Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO
- 08.10.2026 [17:01]
Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb
- 08.10.2026 [16:04]
ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir
- 08.10.2026 [15:22]
Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO
- 08.10.2026 [14:35]