Mingəçevir Dövlət Universitetində tələbələr üçün təlimlər təşkil olunub
Bakı, 20 dekabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbələr üçün karyera inkişafı ilə bağlı təlimlər təşkil edilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, “Sənayenin təşkili və idarəetmə” kafedrasının müəllimi Babək Hüsüyev “Özünü kəşf et”, “Fizika və ekologiya” kafedrasının müəllimi Şəbnəm İslamova isə “Məqsədlər” mövzusunda təqdimatlarla çıxış edərək özünü tanımaq və özünü inkişaf, hədəf və məqsədlərin düzgün seçilməsi məsələlərindən bəhs ediblər və iştirakçıların suallarını cavablandırıblar.
Təlimlər tələbələr tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da gənclərin hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, onların əlavə bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq təlimlərin təşkilinə xüsusi önəm verilir.