Mingəçevirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub
Mingəçevir, 20 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevir şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərliyi ilə akademik-inzibati heyət, tələbə və magistrantlar, həmçinin Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının, Mingəçevir Bələdiyyəsinin, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Mingəçevir şəhər Şəhidlər xiyabanını ziyarət ediblər.
20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.