MİNGƏÇEVİRDƏ YENİ ASFALT ZAVODU İŞƏ SALINMIŞDIR
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Heydər Əliyev prospektinin bərpası tam başa çatdırılmış, ulu rəhbərin adını daşıyan meydanda şəlalə-fəvvarə kompleksi tikilmişdir. Dövlət Dram Teatrında, Uşaq Yaradıcılıq Mərkəzində, Üzeyir Hacıbəyov adına musiqi məktəbində, eləcə də 10 orta məktəb və uşaq bağçasında əsaslı təmir işləri görülmüş, mərkəzi küçə və prospektlərin işıqlanma sistemi təzələnmiş, qəza vəziyyətində olan su, kanalizasiya xətləri dəyişdirilmişdir.