MİNGƏÇEVİRLİLƏR ULU ÖNDƏRİN XATİRƏSİNİ ƏZİZ TUTURLAR
Ümummilli liderin xatirəsini daim əziz tutan, müqəddəs amallarını qəlblərində yaşadan minlərlə mingəçevirli dekabrın 12-də ulu öndərin adını daşıyan mərkəzi prospektdəki əzəmətli abidəsi önünə gələrək, burada mitinq keçirmişlər. Çıxış edən ağsaqqallar, ziyalılar görkəmli siyasi xadimin energetiklər şəhərinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmış, şəhər sakinləri ilə keçirdiyi unudulmaz görüşləri xatırlamış, şəhərdəki sənaye-istehsal, mədəni-maarif, sosial-məişət infrastrukturunun yarıdan çoxunun məhz onun ölkəmizə rəhbərliyi dövründə, şəxsi təşəbbüsü ilə qurulduğunu vurğulamışlar.
Abidə önünə gül-çiçək dəstələri qoyulmuş, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.
Ulu öndərin xeyir-duası ilə açılmış, onun adına ucaldılmış şəhər məscidində ümummilli liderimizin əziz xatirəsinə ehsanlar verilmiş, ruhuna dualar oxunmuşdur.