“Minsk 2019”: akrobatika gimnastlarımızdan ikinci medal
Minsk, 22 iyun, AZƏRTAC
İyunun 22-də II Avropa Oyunlarının akrobatika gimnastika yarışında Azərbaycan təmsilçiləri millimizin aktivinə daha bir medal yazdırıblar.
AZƏRTAC xəbər verir ki, “Minsk 2019”da balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında mübarizə aparan Ruhidil Qurbanlı - Abdulla Əl-Məşayxi cütlüyü 28,160 xal toplayaraq ikinci Avropa Oyunlarının bürünc medalına sahib olub.
Bu kateqoriyada qızıl medalı Belarus təmsilçiləri - Artur Beliakov və Volna Melnik cütlüyü qazanıb. Belaruslu idmançılar 29,490 xal toplayıblar. Gümüş medala isə 29,230 xal toplayan Viktoriya Aksenova - Kiril Startsev dueti layiq görülüb.
Xatırladaq ki, “Minsk 2019”da komandamızın aktivinə ilk medalı da məhz Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi yazdırıblar. Gimnastlarımız dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayaraq gümüş medala layiq görülüblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]