Azərbaycan Dövlət İnformasiya Agentliyi

Minsk qrupunun fəaliyyətini dayandırması Azərbaycanın diplomatik mübarizəsinin möhtəşəm qələbəsidir - ŞƏRH

Minsk qrupunun fəaliyyətini dayandırması Azərbaycanın diplomatik mübarizəsinin möhtəşəm qələbəsidir -  ŞƏRH

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 1-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası tarixi qərar qəbul edib. Qərara əsasən, 1992-ci ildən fəaliyyət göstərən Minsk qrupunun fəaliyyətinə və onunla bağlı bütün strukturlara xitam verilib. İlk baxışdan bu, sadəcə bir təşkilati dəyişiklik, beynəlxalq qurumun içində müəyyən texniki prosedur kimi görünə bilər. Ancaq əslində, bu, Cənubi Qafqazın son otuz ilini müəyyənləşdirən siyasi mərhələnin sonu və Azərbaycanın diplomatik mübarizəsinin möhtəşəm qələbəsi kimi qiymətləndirilməlidir. Minsk prosesinin bağlanması təkcə Azərbaycanın deyil, bütün regionun gələcəyinə təsir edəcək yeni reallığın başlanğıcıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova səsləndirib.

O vurğulayıb ki, Minsk qrupu 1992-ci ildə yaradılarkən ümidlər böyük idi. Ermənistan- Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dəstək göstərmək, atəşkəs rejimini möhkəmləndirmək və tərəfləri razılaşdırılmış çərçivədə dialoqa cəlb etmək məqsəd qoyulmuşdu. Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa həmsədrlik institutunu formalaşdıraraq özlərini prosesin əsas istiqamətvericisi kimi təqdim etdilər. Ancaq zaman keçdikcə bu qurum real nəticə əldə etmək əvəzinə siyasi maraqların toqquşduğu meydançaya çevrildi. Hər üç həmsədr ölkə öz geosiyasi gündəmini regiona daşıyır, Azərbaycanın haqq səsini isə çox vaxt kölgədə qoyurdu. “Minsk prosesinin nəticəsizliyi illər keçdikcə daha da aydın görünməyə başladı. Otuz ilə yaxın müddətdə onlarla görüş keçirildi, saysız-hesabsız sənədlər, təkliflər hazırlandı. Ancaq bunların heç biri münaqişənin həllinə gətirmədi. Əksinə, Ermənistan işğalçılıq siyasətini davam etdirir, status-kvonun saxlanılmasına çalışır, Minsk qrupu isə formal bəyanatlarla kifayətlənirdi. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, bu proses real mexanizm olmaqdan çıxıb, sadəcə zaman uzatmaq alətinə çevrilib. Azərbaycanın mövqeyi isə həmişə birmənalı idi: münaqişənin yeganə həlli beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır. Əgər hansısa “status” danışıqları aparılırdısa, bu yalnız Ermənistanın işğalını leqallaşdırmaq məqsədinə xidmət edirdi. Ona görə də Bakı uzun illər ərzində həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli diplomatiyada açıq şəkildə bəyan edirdi ki, Minsk prosesi heç vaxt Azərbaycanın haqq işinə ədalətli yanaşmayıb”, - deyə İctimai Birliyin sədri qeyd edib.

Bu diplomatik mübarizənin ən mühüm dönüş nöqtəsinin 2020-ci ilin payızında başlanmasına diqqət çəkən G.Axundova deyib: “Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarını azad edərək, tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib. Ermənistanın kapitulyasiya sənədinə imza atdığı andan etibarən Minsk prosesi faktiki olaraq məna kəsb etməyib. Çünki müzakirə olunacaq “status məsələsi” qalmayıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Minsk qrupu sadəcə formal struktur kimi mövcud idi. 2023-cü ildə Azərbaycanın suverenliyini tam bərpa etməsi, Qarabağda dövlətçilik atributlarının tam gücü ilə tətbiqi, erməni separatizminin birdəfəlik aradan qaldırılması bu prosesi tam mənasız hala gətirib. Belə bir reallıq fonunda 2025-ci ilin sentyabrında ATƏT-in verdiyi qərar məntiqin və ədalətin təsdiqi, eyni zamanda, Azərbaycanın diplomatik qələbəsidir. İlk dəfə olaraq beynəlxalq təşkilat açıq şəkildə etiraf edib ki, Minsk qrupunun missiyası yekunlaşıb, Cənubi Qafqazda yeni siyasi vəziyyət yaranıb və bu, Azərbaycanın qətiyyəti ilə formalaşıb”.

İctimai Birliyin sədrinin sözlərinə görə, Minsk prosesinin bağlanması Azərbaycanın qələbəsini bir neçə aspektdə göstərir. “Bu qərar Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə tanınması deməkdir. Artıq heç kim “status” barədə danışmır, heç bir beynəlxalq qurum bu mövzunu gündəmə gətirmir. Bu addım Azərbaycanın uzun illər apardığı diplomatik mübarizənin bəhrəsidir. Azərbaycan beynəlxalq tribunalarda dəfələrlə deyirdi ki, Minsk qrupu real nəticə vermir, bu proses sadəcə vaxt uzadır. İndi isə beynəlxalq ictimaiyyət də eyni nəticəyə gəlib. Azərbaycan regionda lider dövlət statusunu daha da gücləndirib. Hazırda Ermənistanla sülh müqaviləsi imzalamaq, yeni iqtisadi və nəqliyyat layihələrini həyata keçirmək, regional əməkdaşlıq formatlarını müəyyənləşdirmək məhz Bakının iradəsindən asılıdır. Bu qərar, eyni zamanda, ATƏT üçün də bir siqnaldır. Minsk qrupunun otuz illik fəaliyyətsizliyi beynəlxalq diplomatiyanın böhranını göstərib. Böyük dövlətlərin maraqlarının toqquşması bəzən ədaləti və hüququ arxa plana keçirir. Ancaq Azərbaycan sübut edib ki, haqqı olan, iradəsi güclü bir xalq öz gücünə istədiyinə nail ola bilər. Minsk prosesinin bağlanması bu dərsin simvolik təsdiqidir. Azərbaycan üçün isə bu qərar yalnız keçmişin yekunu deyil, həm də gələcəyin başlanğıcıdır. İndi qarşıda bölgədə sülhün möhkəmləndirilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması, böyük regional layihələrin həyata keçirilməsi, Türk dünyası və Avropa ilə yeni körpülərin qurulması kimi yeni hədəflər dayanır. Azərbaycan artıq yalnız münaqişədən əziyyət çəkən tərəf deyil, əksinə, sülhün və inkişafın təşəbbüskarı kimi çıxış edir. Minsk qrupunun bağlanması ilə bir dövr başa çatıb. Bu, həm də Azərbaycan xalqının iradəsinin, dövlətin qətiyyətinin, Prezident İlham Əliyevin uzaqgörən liderliyinin və beynəlxalq hüququn qələbəsidir. Azərbaycan təkcə hərbi meydanda deyil, həm də diplomatik sahədə qalib gəlib. Minsk prosesi tarixə qovuşub, ancaq Azərbaycanın qələbəsi, Prezidentin qətiyyətli siyasəti tarixin yaddaşında əbədi qalacaq”, - deyə G. Axundova vurğulayıb.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib