MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ DAĞLIQ QARABAĞ ÜZRƏ SÜLH PROSESİNİN MÜSBƏT İSTİQAMƏTDƏ İRƏLİLƏDİYİNƏ İNANIRLAR
Xəbər verdiyimiz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 24-25-də amerikalı həmsədr Stiven Mənnin dəvəti ilə Vaşinqtonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair növbəti məsləhətləşmələr aparmışlar. Müzakirələrdə ATƏT-in hazırkı sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi də iştirak etmişdir.
Dövlət Departamentindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, məsləhətləşmələr zamanı həmsədrlər danışıqlarda indiyədək əldə edilən irəliləyişi qiymətləndirmiş, ATƏT-in xarici işlər nazirlərinin dekabrdakı toplantısı və gələn il üçün iş proqramını tərtib etmişlər. Dövlət Departamentinin nümayəndəsi vurğulamışdır ki, həmsədrlər Dağlıq Qarabağ üzrə sülh prosesinin müsbət istiqamətdə irəlilədiyinə inanırlar. ABŞ bu faciəli münaqişənin həlli üçün ATƏT-in səylərinə tam dəstək verməkdə davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]