Misir portalı Azərbaycanda tibbi maska istehsalı müəssisəsinin açılışından yazıb
Qahirə, 8 aprel, AZƏRTAC
Misirin “Aldiplomacy” portalı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərindən və Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışından bəhs edən geniş məqalə yerləşdirib. AZƏRTAC xəbər verir ki, “Cənab Prezidentin tapşırığı əsasında Azərbaycan COVID-19 ilə mübarizədə özünü tibbi ləvazimatla təmin edib” sərlövhəli məqalədə dövlətimizin başçısının əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşdığı, onun tapşırığına əsasən, aidiyyəti dövlət qurumlarının qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olduğu qeyd edilib.
Məqalədə AZƏRTAC-ın xəbərinə istinadla bu vacib müəssisə haqqında geniş məlumat verilib.
Yazının tam mətni ilə https://www.aldiplomasy.com/ linkində tanış olmaq mümkündür.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə