Misir Prezidentindən Emmanuel Makrona: İslamla terrorizm arasında fərq qoyulmalıdır
Qahirə, 3 noyabr, AZƏRTAC
Bütün siyasi bəyanatlarda sülh və tolerantlıq dini olan İslamla terrorizm arasında fərq qoyulmalıdır. Bunun əksi yolverilməzdir və dünyada böyük fəsadlara səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah əl-Sisi fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı söyləyib.
Telefon danışığı barədə məlumat verən Misir Prezidentinin mətbuat katibi Bəssam Rədi deyib: “Misir Prezidenti son vaxtlar terrorçular tərəfindən törədilən əməllərin İslamla əlaqələndirilməsinin yolverilməz olduğunu bildirib. O, həmçinin müxtəlif dinlərə mənsub olan insanların birgə və dinc yanaşı yaşaması məqsədilə dialoqun, qarşılıqlı hörmətin, dini rəmzlərə ehtiramın vacibliyini”.
Mətbuat katibi əlavə edib ki, əl-Sisi Misirin də terrorçulara qarşı mübarizə apardığını diqqətə çatdırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]