MİSİR ÜÇ ATOM ELEKTRİK STANSİYASI TİKMƏYİ PLANLAŞDIRIR
Birinci AES 2015-2016-cı illərdə işə salına bilər. Bu layihənin həyata keçirilməsinə lap yaxın vaxtlarda başlanacaqdır.
Sabiq energetika naziri, Beynəlxalq Atom Enerjisi Agentliyinin daimi məşvərət komissiyasının üzvü Əli əs-Səidi bildirmişdir ki, bu təşkilat Misirə atom energetikasının inkişafında yardım göstərməyə hazırdır. Onun sözlərinə görə BAEA nüvə proqramının gerçəkləşdirilməsində çalışacaq kadrlar hazırlanmasında iştirak edə bilər.
Bundan əvvəl Misir Prezidenti Hüsni Mübarək bildirmişdir ki, onun ölkəsi atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində öz tədqiqat proqramının inkişafı məsələsini ciddi şəkildə öyrənmək niyyətindədir.
ABŞ-ın Qahirədəki səfiri Frensis Rikardone Misirin atom elektrik enerjisindən dinc məqsədlərlə istifadə etmək niyyətini dəstəkləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]