Misirin futbol yığması 2018-ci ilin dünya çempionatında iştirak edəcək
Qahirə, 9 oktyabr, AZƏRTAC
Misirin futbol yığması 2018-ci ilin dünya çempionatına seçim turnirinin üçüncü mərhələsində Konqo komandasına qalib gəlib və Rusiyada təşkil olunacaq çempionata vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, İsgəndəriyyə şəhərində keçirilən E qrupunun oyunu Misir komandasının xeyrinə (2:1) başa çatıb. İngiltərə “Liverpul”unun hücumçu kimi də fəaliyyət göstərən yarımmüdafiəçisi Məhəmməd Saleh 63-cü dəqiqədə hesabı açıb. O, ikinci hissəyə əlavə edilmiş vaxtın 5-ci dəqiqəsində cərimə zərbəsindən qələbə qolunu vurub. Konqo yığmasında isə Arnold Buka Mutu 88-ci dəqiqədə topu rəqib komandanın qapısından keçirib.
Beləliklə, Misir yığması 12 xal toplayıb və Afrikada keçirilən seçim turu başa çatmamış qrupda birinci yerə çıxıb. Komanda çempionatda sonuncu dəfə 1990-cı ildə iştirak edib.
Misir və Konqo futbolçularının oyununu 86 min tamaşaçı izləyib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]