Misli Premyer Liqası: “Neftçi” səfərdə “Zirə”yə qalib gəlib
Bakı, 10 fevral, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Zirə” evdə “Neftçi”ni sınağa çəkib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin yeganə qoluna 90+2 dəqiqədə Ruan Renato imza atıb. Bakı təmsilçisinin heyətində isə 88-ci dəqiqədə Emin Mahmudov, 90+3-cü dəqiqədə Ervin Koffi fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran "Neftçi" altıncı pilləyə yüksəlib, "Zirə" isə 39 xalla üçüncü sırada qalıb.
Günün "Araz-Naxçıvan" və "Kəpəz" komandaları arasında oynanılan ilk görüşündə isə qapılara qol vurulmayıb.
Qeyd edək ki, XXII turun əvvəlki oyunlarında “Sumqayıt” səfərdə “Şamaxı”ya 1:0, “Turan Tovuz” isə “Sabah”a 1:2 hesabı ilə uduzub. Tura fevralın 11-də keçiriləcək "Qarabağ"-"Səbail" matçı ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]