MMA üzrə milli komandamız Bəhreyndə dünya çempionatında iştirak edir
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Bəhreyndə qarışıq döyüş növləri (MMA) üzrə dünya çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, mundialda Azərbaycan millisi də iştirak edir. Yığma komandamızın baş məşqçisi, dünya və Avropa çempionu Etiqad Atakişiyev və dünya, Avropa çempionu, məşqçi Heydər Məmmədəliyevin rəhbərliyi ilə çempionatda 7 idmançımız mübarizə aparır.
Yığmamızın heyətində Xəyal Qəhrəmanlı (56,7 kq), Rəşad İsmayılzadə (61,2 kq), İbrahim Məmmədəliyev (70,3 kq), Mehrac Zərbəliyev (77,1 kq), Aleksandr Əliyev (83,9 kq), Heydər Heydərov (93 kq) və Elgün Yusifov (120,2 kq) yer alıblar.
Dünya çempionatına noyabrın 18-də yekun vurulacaq.
Millimiz çempionatda Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənovun rəhbərliyi ilə yarışacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]