Mobil operatorun stansiyasından oğurluq edən keçmiş məhkumlar saxlanılıblar
Bakı, 9 aprel, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda yerləşən mobil operatorlardan birinin stansiyasından 8 şəbəkə qidalandırıcı akkumulyator, kondisioner və optik naqillər oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Alik Rəhimov və Roman Babayev rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalar nəticəsində hər ikisinin əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyənləşdirilib. A.Rəhimov və R.Babayevin digər talama cinayətlərində iştirak edib-etmədiklərinin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:11]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:01]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [19:59]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [18:42]