Moldova COVID-19-a yoluxma hallarının say nisbətinə görə Avropada liderdir
Kişineu, 29 iyun, AZƏRTAC
Son bir həftə ərzində Moldovada koronavirusa hər bir milyon nəfərə 585 yoluxma faktı qeydə alınıb. Bu göstərici ilə Moldova Avropa ölkələri arasında əhalinin say nisbətinə görə COVID-19-a yoluxanların siyahısına başçılıq edir.
AZƏRTAC “Cotidianul.md” saytına istinadla xəbər verir ki, ötən həftə bu siyahıda ikinci yeri hər milyon nəfərə 514 yoluxma ilə İsveç tutub. Üçüncü yerdə isə hər milyon nəfərə 468 yoluxma faktı ilə Şimali Makedoniya qərarlaşıb.
Qeyd edək ki, Moldovada virusa yoluxanların ümumi sayı 16 min 250 nəfərə çatıb. İndiyədək bu ölkədə virusdan 530 nəfər ölüb.
Rüstəm Məmmədov
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]