Moldova millisinin sabiq hücumçusu: “Sabah”ı “Petrokub” önündə şanslı hesab edirəm - EKSKLÜZİV
Bakı, 24 iyul, AZƏRTAC
“Petrokub” ötən mövsüm yaxşı formada idi.
Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Moldova millisinin sabiq futbolçusu İqor Buqayev UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Petrokub” (Moldova) və “Sabah” kollektivləri arasında keçiriləcək oyunlar barədə danışarkən deyib.
Veteran hücumçu “Sabah”ı şanslı hesab edib: “Petrokub” ötən mövsüm uğurlu çıxış edirdi. Komandada baş məşqçi dəyişikliyi oldu. Bu il isə onlar haqqında müsbət fikirdə deyiləm. Çünki kollektiv stabil oyun nümayiş etdirmir. Buna görə də Azərbaycan təmsilçisi az da olsa, cütün favoriti sayılır”.
41 yaşlı İ.Buqayev Moldova klubunda təhlükəli oyunçuların olduğunu vurğulayıb: “Ümumiyyətlə, “Petrokub” hər zaman balansı qorumağa çalışan komanda olub. Orada elə oyunçular var ki, hesabı anında dəyişə bilərlər. Mən həm Azərbaycan, həm də Moldova çempionatlarını izləmişəm. Demək olar ki, liqalar eyni səviyyədədir”.
Qeyd edək ki, "Petrokub" - "Sabah" görüşü bu gün Kişineudakı "Zimbru" stadionunda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də "Bank Respublika Arena"da təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]