Azərbaycan Dövlət İnformasiya Agentliyi

MOLDOVA PREZİDENTİ VLADİMİR VORONİNİN BƏYANATI

- İlham Heydər oğlu, sağ olun.

Biz, həqiqətən, böyük həvəslə, böyük maraqla və yaxşı əhval-ruhiyyə ilə hazırlaşırdıq və Azərbaycana gəlmək dəvətinizi qəbul etdik. Biz sovet Azərbaycanını xatırlayır və tanıyırdıq, bu gün biz özümüz üçün yeni, suveren Azərbaycan kəşf edirik.

Biz beynəlxalq səviyyədə, Avropa səviyyəsində, MDB səviyyəsində münasibətlərimizdən məmnunuq. İndi ikitərəfli münasibətlərimizdən də məmnunluq duymaq dövrü çatmışdır. Zənnimcə, xaricə səfərlərimiz və Moldovaya edilmiş səfərlər zamanı indicə imzalanmış sənədlər qədər sənəd olmayıbdır. Bu, ölkələrimizin ikitərəfli münasibətləri inkişaf etdirmək və möhkəmlətmək niyyətlərinin ciddiliyinə sübutdur. Şükürlər olsun ki, heç bir parametr üzrə, heç bir mövqe üzrə aramızda hansısa fikir ayrılığı yoxdur. Yalnız münasibətlərimizi möhkəmlətmək məsələsində vahid anlaşma var. Bizim oxşar problemlərimiz var. Moldova da ərazicə parçalanmışdır və bu ərazi parçalanmasına görə çox ciddi həyəcan keçiririk. Ölkəmizin sənaye, iqtisadi və mədəni potensialının 40 faizindən çoxu Dnestr çayının o biri sahilindədir ki, bu da, əlbəttə, dövlətimizin bütün istiqamətlərdə - istər daxili, istərsə də xarici məsələlərdə ardıcıl inkişafına təsir göstərməyə bilməz.

Biz bu problemin sülh yolu ilə həllini axtarırıq. Dekabrın 23-də Qaqauz muxtariyyətinin yaranmasının 10 illik yubileyini qeyd edəcəyik. Bu, müasir Avropada milli azlıqların ərazi qurumları məsələsinin dinc yolla həllinin birinci və təəssüf ki, yeganə nümunəsidir. Biz fəxr edir və sevinirik ki, buna nail olmuşuq. Bu problemə, bu məsələyə həsr olunmuş beynəlxalq konfrans keçirməyə hazırlaşırıq ki, bəlkə separatçılar və onları dəstəkləyən dövlətlər anlayarlar ki, belə nümunə var və onu axtarmaq üçün uzağa getmək lazım deyildir. Yalnız bir çox şeylərdən imtina etmək və ciddi, uzunmüddətli siyasi dövlət quruculuğuna keçmək lazımdır.

Bizim təmas nöqtələrimiz, həqiqətən, çoxdur. Biz də aqrar və sənaye dövlətiyik. Əhalimizin 60 faizindən çoxu kəndlərdə yaşayır, biz bu əraziləri inkişaf etdirməliyik. Orada aqrar və emal sahələrindən başqa digər sahələri tezliklə inkişaf etdirmək mümkün deyil, çünki sərmayə qoymaq, digər imkanlardan istifadə etmək lazımdır, buna isə hələlik gücümüz çatmır. Odur ki, bizim xeyir gətirə biləcək, ölkələrimizin xalqlarının rifahına xidmət edə biləcək ciddi layihələrimiz ola bilər və olmalıdır.

Mənim Heydər Əlirza oğlu ilə çox gözəl şəxsi münasibətlərim var idi, biz onunla dəfələrlə görüşmüşdük. Bu gün Baş nazirlə hava limanından gələrkən xatırladıq ki, mən Heydər Əlirza oğlu ilə ilk dəfə 1974-cü il oktyabrın 12-də, 30 il əvvəl, o, Moldova SSR-in və Moldova Kommunist Partiyasının yaranmasının 50 iliyi münasibətilə ölkəmizə gələrkən tanış olmuşdum. Onunla bağlı çox gözəl və xoş xatirələrim, təəssüratlarım qalıbdır. O, nadir şəxsiyyət, çox maraqlı insan idi. Allah rəhmət eləsin. Mən görürəm ki, müasir Azərbaycanda onun ideyaları həyata keçirilir və xeyirxah işlərdə davam etdirilir. Azərbaycan torpağında bunu görmək çox xoşdur.

Mən bu səfəri həyata keçirmək üçün imkan yaratdığınıza görə təşəkkürümü bildirirəm. Biz Azərbaycan Prezidentini rəsmi səfərə, özü də 4-5 günlük, bir həftəlik səfərə dəvət edirik. Fikir mübadiləsi aparmağa çox şad olarıq, müzakirə etmək üçün bir çox maraqlı məsələlər taparıq.

Bu gün imzalanmış sazişlərin layihələrini hazırlayan azərbaycanlı dostların hamısına təşəkkür edirəm.

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.

SUAL: Mənim sualım Moldova Prezidenti cənab Voroninədir. Moldovanın MDB çərçivəsində inteqrasiya məsələsində mövqeyi və Rusiya, Ukrayna, Belarus və Qazaxıstanın əməkdaşlığı çərçivəsində Vahid iqtisadi məkana daxil olması perspektivləri necədir?

VLADİMİR VORONİN: Son 3 ildə Moldova MDB-nin mövcudluğunun bütün illəri ərzində Birlik çərçivəsində imzalanmış sənədlərin ratifikasiyası üzrə rekordçudur. İndiyədək biz sazişlərin 80 faizindən çoxunu ratifikasiya etmişik. Bu isə MDB-də yüksək fəallığımıza sübutdur. Həmin dövrdə biz müxtəlif zirvə toplantılarının gündəliklərinə bir çox təkliflər irəli sürmüşük və bunlar dövlət başçıları tərəfindən müsbət qarşılanmış və qəbul olunmuşdur. Biz özümüz 2002-ci ildə Kişinyovda zirvə toplantısı təşkil edib keçirdik. Biz daha fəal iştirak etmək və bu iştirakın nəticələrini görmək istərdik.

Biz həmişə mübahisə edir, deyirik ki, MDB daxilində iş mexanizmi səmərəli deyildir, MDB-yə daxil olan ölkələrin bütün başçılarının görmək istədikləri nəticə yoxdur. Biz Avropa qurumlarına inteqrasiya edərkən MDB-dən çıxmaq və ya onun işinə əngəl törətmək fikrində deyilik. Bu, birmənalıdır. Mən bir daha təkrar edirəm ki, xarici siyasətimizin strateji vektoru və dövlətin inkişaf perspektivləri, birmənalı olaraq, Avropaya inteqrasiyadan ibarətdir. Bundan əlavə, İlham Heydər oğluna da demişəm ki, 2002-ci ilin sammitinədək təklif vermişdim ki, MDB çərçivəsində qəbul etdiyimiz sənədləri Avropa Birliyinin standartları üzrə uyğunlaşdıraq və standartlaşdıraq ki, ikiqat iş görməyimizə ehtiyac qalmasın. Mən çox istərdim ki, MDB-nin işində bu məsələlərdə Avropa Birliyinə yaxınlaşaq, yaxud, heç olmasa, bu modellərdən istifadə edək.

O ki qaldı Moldovanın Vahid iqtisadi məkana daxil olmasına, bu, prinsipcə, mümkün deyildir. Nəyə görə? Ona görə ki, 4 ölkədən ibarət olan Vahid iqtisadi məkan həmin dövlətlərin Dünya Ticarət Təşkilatına qoşulması üçün eyni platforma hazırlanması məqsədi ilə təşkil edilmiş və yaradılmışdır. İxrac-idxal əməliyyatlarının həcmlərinə görə onlar MDB-nin qalan üzvləri arasında daha yüksək yer tuturlar. Bu səbəbdən də onlar bütün bunları eyniləşdirməli və DTT-yə daxil olmalıdırlar. Hər halda, ilkin mərhələdə bu, Vahid iqtisadi məkanın birinci və yeganə vəzifəsidir. Digər vəzifələr, hər halda, bu gün mənə məlum deyildir. Odur ki, biz oraya daxil ola bilmərik və bizdən bunu heç kim xahiş etməmişdir və heç kimdən dəvət almamışıq. Bu saziş MDB üzvləri kimi bizə məlumat verilmədən imzalanmışdır. Vahid iqtisadi məkan Müstəqil Dövlətlər Birliyi daxilində yaradılmışdır. Ona görə də, yaxşısı budur, gəlin, MDB çərçivəsində işi yaxşılaşdıraq və təkmilləşdirək. Bu, daha düzgün qərar olar.

SUAL: Mənim sualım hər iki prezidentədir. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında suverenliyin və ərazi bütövlüyünün təmin edilməsi sahəsində əməkdaşlığın perspektivlərini necə qymətləndirirsiniz? Sağ olun.

İLHAM ƏLİYEV: Biz artıq qeyd etdik, təəssüflər olsun ki, ölkələrimizin ikisi də bu məsələdə ziyan çəkmişdir. Təcavüzkar separatizmin fəaliyyəti nəticəsində Azərbaycanın və Moldovanın ərazi bütövlüyü pozulmuşdur. Əlbəttə, bu məsələdə qarşılıqlı fəaliyyət çox mühüm elementdir. Çünki hər bir ölkənin - həm Moldovanın, həm də Azərbaycanın bu münaqişədə, bu problemdə öz təcrübəsi var. Bu təcrübə müəyyən mənada eynidir, bəzi cəhətlərdən isə müxtəlifdir, lakin bu onun mahiyyətini dəyişmir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, beynəlxalq hüququn əsas prinsipləri kobud şəkildə pozulmuşdur. Dünyanın, əslində, bütün ölkələrini birləşdirən Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri, - indiki halda söhbət Azərbaycandan gedir, - yerinə yetirilmir. Başqa sözlə, bu gün nə BMT-nin, nə də ATƏT-in qərarlarının yerinə yetirilməsi mexanizmi yoxdur. Belə vəziyyətdə, sadəcə olaraq, hüquqi qanunsuzluq və indiki halda Ermənistanın həm beynəlxalq hüququn əsas prinsiplərinə, həm də beynəlxalq təşkilatların qərarlarına məhəl qoymaması meydana çıxır.

Odur ki, bu məsələdə, əlbəttə, bütün beynəlxalq birliyin səylərini birləşdirmək lazımdır. Nail olmaq lazımdır ki, bütün beynəlxalq birlik bu məsələyə böyük diqqətlə yanaşsın və problemin həllində iştirak etsin. Əlbəttə, təcavüzkar ölkəyə və separatçılara qarşı sanksiyalar, özü də kifayət qədər sərt sanksiyalar tətbiq olunmasını nəzərdə tutan mexanizmlər işləyib hazırlamaq lazımdır.

Separatizm qlobal hərəkatdır. Bu hərəkat bir çox ölkələrdə mövcuddur, lakin təəssüf ki, dünya birliyinin həmin problemə münasibətində vahid yanaşma görmürük. Nə qədər ki, ikili standartlar mövcuddur, prinsipial problemlərdən heç biri həll oluna bilməz. Yaxşı və yaxud pis separatçılar ola bilməz. Başqa ölkədə separatizmi dəstəkləyib, öz ölkəndə separatizmlə mübarizə aparmaq qeyri-mümkündür. Bu, heç vaxt uğur gətirməz. İkincisi də, bu, vicdanlı siyasət deyildir. Hesab edirəm ki, həqiqət, tarixi ədalət və beynəlxalq hüquq Moldovanın və Azərbaycanın tərəfindədir və biz ədalətin və beynəlxalq hüququn, ölkələrimizin ərazi bütövlüyünün bərpa edilməsinə nail olacağıq.

VLADİMİR VORONİN: Birləşmiş Millətlər Təşkilatında Moldova BMT-nin Dağlıq Qarabağa dair qətnaməsinə səs vermişdir. Moldova parçalanmış bütün ərazilərin bərpası uğrunda ədalətli mübarizəni dəstəkləyir və dəstəkləyəcəkdir. Biz Çinlə Tayvana dair saziş imzalamışıq. Harada problem varsa, biz oradayıq, çünki daimi və səngiməyən bu ağrını daxilən hiss edirik, bu problemi sülh yolu ilə həll edən mübarizənin bütün forma və metodlarına çox həssaslıqla yanaşır və onları dəstəkləyirik.

Həqiqətən, mən Azərbaycan Prezidenti ilə razıyam və əlavə etmək istəyirəm ki. hər şey millətçilik təzahüründən başlayır. Narazı olan millətçilər öz hüquqları uğrunda ekstremist qüvvələrin köməyi ilə mübarizə aparmağa başlayırlar və bu, separatizmə çevrilir, sonra isə separatizmin yanında, lap yanında terrorizm dayanır. Yəni, onlar qarşıya qoyulan məqsədə istənilən yolla çatmağa can atırlar. Nə üçün bu problem Dnestryanı anklavda həll edilmir? Ona görə ki, hər il bu anklavda 2-3 milyard dollar əllərdə gəzir və bundan kim imtina edər? Bu pullar bölüşdürülmüşdür və müəyyən kanallara gedir. Bu, qaçaqmalçılıq, insan alveridir, silah istehsalı və satışıdır. Mən ilk dəfə 2002-ci ildə Praqada NATO-nun sammitində məsələ qaldırdım və bu problemi Avropanın özünün təhlükəsizliyi üçün böyük əhəmiyyəti olan regional problem adlandırdım. Axı, Moldova Avropanın mərkəzindədir. Təxminən 30 min ton hərbi texnikadan, hərbi təchizat vasitələrindən ibarət cəbbəxanaya malik olmaq zarafat deyildir. Məlum deyil ki, bu, nə ilə qurtaracaqdır.

Bunlar çox ciddi məsələlərdir. Ona görə də biz Dnestryanı bölgə problemini beynəlmiləlləşdiririk. Bunu tamamilə şüurlu surətdə edirik. Çünki neçə illərdən bəri mövcud olan bu təzahürlə Moldova təkbaşına mübarizə apara bilməz. Biz dünya ictimaiyyətinin bu məsələyə cəlb edilməsinə tərəfdarıq. Onun həllində eyni problemi olan Azərbaycan kimi, Çin kimi ölkələrin və digər ölkələrin köməyi lazımdır. Mən bundan məmnunam ki, bu məsələ daim ATƏT-in diqqət mərkəzindədir. İndi bu, qonşuluğumuzla və Avropa Birliyinə daxil olmaq barədə ciddi niyyətimizlə əlaqədar bu təşkilatın gündəliyindən düşmür. Bu məsələnin həllinə başqa ölkələr də qoşulur. Zənnimcə, biz bu problemi ancaq birgə səylərlə həll edə bilərik.

SUAL: Cənab Voronin, Sizcə, bu gün Moldovanın və Azərbaycanın artıq yaxın gələcəkdə həyata keçirə biləcəyi iri iqtisadi layihələr varmı?

VLADİMİR VORONİN: Var, amma onlar hələlik məxfidir. Lakin bəzi şeyləri deyə bilərik. Məsələn, üzümçülüyün və şərabçılığın inkişafı layihəsində ölkələrimizin iştirakının mümkünlüyünü söyləyə bilərik. Bu, sirr deyil, strateji layihə deyildir. Demək lazımdır ki, kənd təsərrüfatında lap çox layihələrin gerçəkləşdirilməsi mümkündür. Bu gün biz Avropada ən ensiz tırtılı olan Moldova traktorundan danışdıq, o, çuğundur plantasiyalarında, üzüm bağlarında işləyə bilir. Biz həmin modeli traktor zavodunda bərpa edirik.

Biz GUÖAM-da üzvlüklə bağlı digər layihələrdən, respublikamızın informasiya texnologiyaları departamentinin əhalinin pasportlaşdırılması, uçotu və icbari tibbi sığortanın tətbiqi üzrə, vergi ödəyicilərinə nəzarət üzrə xüsusi təcrübəsindən və hər iki tərəf üçün maraq doğuran başqa mühüm layihələrdən danışdıq. Razılığa gəldik ki, ölkələrimizin baş nazirlərinin birinci müavinləri səviyyəsində hökumətlərarası komissiya yaxın vaxtlarda işləməyə başlayacaq, habelə Azərbaycan və Moldova baş idarələri rəhbərlərinin yaxın vaxtlarda qarşılıqlı səfərləri həyata keçiriləcəkdir. Yəni, bütün bunlar ölkələrimizin rifahına xidmət edəcəkdir.

SUAL: Mənim sualım hər iki prezidentədir. GUÖAM ölkələrinin nümayəndələri bu təşkilatın perspektivləri barədə bəzən bədbin fikirlər söyləyirlər. GUÖAM-ın gələcəyini necə görürsünüz və Sizcə, bu təşkilatın bütün potensialından istifadə etmək üçün nə kimi addımlar atmaq lazımdır?

İLHAM ƏLİYEV: Bizim ölkəmizə gəldikdə, biz bədbin fikirlər söyləmirik. Azərbaycan GUÖAM-da öz üzvlüyünə çox ciddi yanaşır və hesab edir ki, bu təşkilat yarandığı vaxtdan bəri inteqrasiya proseslərində çox mühüm rol oynamışdır. Artıq qeyd edildiyi kimi, bu gün biz ikitərəfli danışıqlarımız və müzakirə edilən problemlər çərçivəsində, beynəlxalq siyasətin ümdə məsələlərinin əksəriyyətində, o cümlədən regional əməkdaşlıq məsələlərində çox oxşar mövqelərə malikik.

Azərbaycan regional əməkdaşlıq baxımından öz fəaliyyətini, o cümlədən GUÖAM çərçivəsindəki fəaliyyətini çox uğurla həyata keçirir. Odur ki, bu təşkilat inteqrasiya proseslərini sürətləndirmək üçün yaxşı vasitədir, mexanizmdir.

Avropa öz sərhədlərini genişləndirdiyi, Avropa Birliyi, əslində, bizim sərhədlərimizə yaxınlaşdığı bir vaxtda bu əməkdaşlığı gücləndirmək olduqca vacibdir. Moldova Avropanın mərkəzində yerləşən ölkədir və əlbəttə, Avropa inteqrasiyası prosesləri Moldovaya və bu ölkənin gələcəyinə çox ciddi şəkildə təsiri vardır. Bu baxımdan Avropa Birliyinin yeni qonşuluq proqramının üzvü kimi Azərbaycan da ikitərəfli münasibətlərimizi və GUÖAM çərçivəsindəki münasibətlərimizi nəzərdən keçirir. Hesab edirəm ki, GUÖAM mövcud olduğu illər ərzində özünün həyat qabiliyyətini sübut edə bilmişdir. Təşkilat mövcuddur, mütəmadi olaraq müxtəlif görüşlər, tədbirlər, konfranslar keçirilir. Zənn edirəm ki, bu təşkilatın gələcəyi kifayət qədər nikbindir.

VLADİMİR VORONİN: Mən GUÖAM-ın işinə şübhə ilə yanaşmaqda hələ də davam edirəm. Biz GUÖAM-da sədrliyi Gürcüstandan qəbul etməyə hazırıq. Bu yaxınlarda GUÖAM-a daxil olan ölkələrin parlament üzvlərinin Parlament Assambleyasını keçirdik və bu Assambleyanı yaratdıq. Artıq bu şəkk-şübhə məni tərk edir və onu nikbinlik əvəz edir, çünki GUÖAM təşkilatı çərçivəsində konkret fəaliyyət layihələri meydana çıxmağa başlamışdır.

Moldovada miqrasiyaya və bu proseslə bağlı digər problemlərə nəzarət üzrə regional mərkəz fəaliyyətə başlayır. Bu mərkəz həm GUÖAM üçün, həm də Cənub-Şərqi Avropada Sabitlik Paktı üçün fəaliyyət göstərəcəkdir. Mənə məlumdur ki, növbədə digər layihələr də durur. Məsələ yalnız bundan ibarətdir ki, GUÖAM haqqında əvvəllər qəbul edilmiş bəyannamələrdə konkretlik yoxdur. Artıq bu konkretlik görünməyə başlayır. Əgər bu konkretlik digər istiqamətlərdə baş verənləri üstələsə, əlbəttə, bizim hamımız bu təşkilatı dəstəkləyəcəyik. Bu təşkilat nə bizim MDB-də üzvlüyümüzə, nə Avropaya inteqrasiya olunmaq niyyətimizə, nə də Moldovanın üzv olduğu Cənub-Şərqi Avropada Sabitlik Paktındakı işimizə zidd deyildir. Bu, bizim qarşılıqlı fəaliyyətimizi yalnız möhkəmləndirəcək və gücləndirəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Daşkənddə illik 46 milyon sərnişinə xidmət göstərəcək yeni hava limanı tikilir

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirə başlayıb

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir

Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır

Akademik İradə Hüseynova: Müəllimin ən böyük mükafatı onun tələbəsinin uğurudur

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq

Nazir: Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir

Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb

Son iki gündə 60 cinayətin açılması təmin olunub

Adilə Əliyeva: Təhsildə innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

Fransanın iqtisadiyyat naziri 2027-ci il büdcəsində şirkətlər üçün 10 milyard avroluq yük nəzərdə tutur

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Rektor: Gələcəyin təhsil sistemi texnoloji baxımdan müasir olmalı, eyni zamanda, humanist mahiyyətini qorumalıdır

Səudiyyə Ərəbistanı və BƏƏ Asiya ölkələrinin neft ehtiyatlarını artırmalarına dəstək olacaq

® “PAŞA Holding” fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir

BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

III Beynəlxalq Xankəndi Ultramarafonunda 5 ölkədən 100 atletin iştirakı gözlənilir

Elçin Babayev: Təhsil müəssisəsi yalnız məlumat verməməli, ilk növbədə, düşünməyi öyrətməlidir