Moldova qəzetində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş geniş material dərc edilib
Bakı, 24 oktyabr, AZƏRTAC Kişineuda “Ekspert novostey” qəzetində Moldova jurnalisti Sergey Ryabinin Azərbaycanda Müstəqillik Gününə həsr olunmuş geniş məqaləsi dərc edilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Moldovadakı səfirliyindən bildiriblər.
“Azərbaycan Müstəqillik Gününü qeyd edib” sərlövhəli məqalədə Azərbaycan xalqının böyük oğlu, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin geniş fəaliyyətinin yekunu olan müstəqil Azərbaycanın yaranma tarixindən konkret faktlar və materiallar əsasında söhbət açılır.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müasir inkişafına xüsusi yer verilir. Qeyd edilir ki, qısa tarixi dövr ərzində müasir Azərbaycan dünyanın daha çox çiçəklənən və dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [08:03]
Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb VİDEO
- 14.07.2026 [18:29]
Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir
- 13.07.2026 [16:46]