Moldovada koronavirusla əlaqədar “narıncı təhlükə” kodu elan edilib
Kişineu, 9 mart, AZƏRTAC
Moldovada koronovirusla əlaqədar “narıncı təhlükə” kodu elan edilib.
AZƏRTAC xəbər verir ki, Moldova hökuməti ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib. Hökumət əhalini diqqətli olmağa, gigiyenik qaydalara riayət etməyə çağırıb.
Qeyd edək ki, Moldovada koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, İtaliyadan qayıdan 48 yaşlı moldovalı qadının koronavirusa yoluxduğu analizlərlə təsdiqlənib. O, martın 7-də İtaliyadan Kişineuya qayıdarkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Onun təmasda olduğu insanların da müalicəyə cəlb edilməsi üçün araşdırmalara başlanılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]