Moldovada prezident seçkilərinin ikinci turu ilə bağlı səsvermə başlayıb
Kişineu, 3 noyabr, AZƏRTAC
Moldovada prezident seçkilərinin ikinci turu ilə bağlı səsvermə başlayıb.
AZƏRTAC xəbər verir ki, ikinci turda Fəaliyyət və Həmrəylik Partiyasının namizədi, Moldovanın hazırki Prezidenti Maya Sandu və Moldova Respublikası Sosialistlər Partiyasının dəstəklədiyi namizəd Aleksanda Stoyanoqlo mübarizə aparırlar.
Oktyabrın 20-də keçirilən prezident seçkiləri zamanı Maya Sandu 656,852 səs toplayıb, bu da seçicilərin 42,49 faizidir. Aleksanda Stoyanoqlo isə 25,95 faiz - 401,215 səs toplayıb. Seçki qanunvericiliyinə görə, namizədlərdən biri 50 faizdən çox səs toplaya bilsəydi, qalib hesab olunacaqdır.
Seçkilərin birinci turunda prezidentliyə namizəd uğrunda 11 namizəd mübarizə aparıb.
Səsvermə yerli vaxtla 21:00-da başa çatacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]