Moldovada “Sabah”a 200-dən artıq azarkeş dəstək olacaq
Kişineu, 23 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Petrokub"la qarşılaşacaq "Sabah" artıq Moldovadadır.
Moldova Azərbaycanlıları Konqresindən AZƏRTAC-a bildiriblər ki, ilk oyunda soydaşlarımızdan təmsilçimizə böyük dəstək olacaq. Artıq 200-dən çox azərbaycanlının “Sabah”a dəstək olmaq üçün oyuna gedəcəyi dəqiqləşib. Matçın keçiriləcəyi stadionun tribunalarında Azərbaycan bayraqları dalğalandırılacaq, xüsusi şüarlar səsləndiriləcək.
Qeyd edək ki, iyulun 24-də Kişineu şəhərində yerləşən "Zimbru" stadionunda keçiriləcək "Petrokub" - "Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]