Moldovada yeni baş prokuror müsabiqə yolu ilə seçiləcək
Bakı, 10 oktyabr, AZƏRTAC
Moldova hakimiyyəti yaxın iki həftə ərzində yeni baş prokuroru seçmək üçün müsabiqə elan edəcək.
AZƏRTAC xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Veronika Mixaylova-Moraru Moldova radiosunun efirində deyib.
“Yaxın iki həftə ərzində baş prokuror vəzifəsinə müsabiqənin vaxtı elan olunacaq. Sonrakı 30 gün ərzində sənədlərin qəbulu və ardınca ilkin seçimlər başlayacaq. Baş prokuror postuna namizədlər yoxlamadan keçməlidir”, - deyə nazir bildirib.
Sentyabrın sonlarında Moldova Prezidenti Mayya Sandu ölkənin sabiq Baş prokuroru Aleksandr Stoyanoqlonun vəzifədən azad edilməsi barədə fərman imzalayıb. Dövlət başçısı bunu ədliyyə sistemində islahatlarla bağlı Avropa İttifaqının tövsiyələri ilə izah edib. Aleksandr Stoyanoqlo bu vəzifədən hələ iki il öncə kənarlaşdırılmışdı. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və digər qanun pozuntularında ittiham olunurdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]