DÜNYA
Moldovanın Baş naziri: Ölkə vətəndaşları səsvermə öncəsi ölüm təhdidləri alırlar
Kişineu, 1 noyabr, AZƏRTAC
“Moldova Respublikası görünməmiş bir hücumla üzləşib. Bütün ölkədə insanlar anonim zənglərlə ölüm təhdidləri alırlar”.
AZƏRTAC Moldovanın “tv8.md” saytına istinadla xəbər verir ki, bu fikri Moldovanın Baş naziri Dorin Reçan söyləyib.
“Jurnalistlər, tanınmış şəxsiyyətlər və sadə vətəndaşlar təhdidlər alıblar”, - deyə Baş nazir əlavə edib.
Dorin Reçan əmin edib ki, dövlət orqanları asayişi və vətəndaşların təhlükəsizliyini təmin edəcək.
“Biz birik və güclüyük. Moldova özünü müdafiə edəcək. Biz seçkilərə inamla gedirik”, - deyə Baş nazir bildirib.
Qeyd edək ki, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək. Moldovanın hazırkı prezidenti Maya Sandu və sosialist namizəd Aleksanda Stoyanoqlo prezident kürsüsü uğrunda mübarizə aparacaqlar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu