“MOLLA NƏSRƏDDİN” JURNALININ ÜÇÜNCÜ CİLDİ LATIN QRAFİKASI İLƏ ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, dahi söz ustası Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr olunmuş “Molla Nəsrəddin” jurnalının üçüncü cildi “Çinar-çap” nəşriyyatında latın qrafikası ilə çapdan çıxmışdır. Bu cildə jurnalın 1909-1910-cu illərə aid sayları rəngli şəkillərlə birlikdə daxil edilmişdir.
Nəşri filologiya elmləri namizədləri Turan Həsənzadə və Elmira Qasımova çapa hazırlamışlar. Milli Məclisin deputatı, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli kitaba ön söz yazmışdır.