MONAKODA “SÜLH VƏ İDMAN” ADLI BEYNƏLXALQ FORUM KEÇİRİLƏCƏKDİR
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 5-7-də Monakoda “Sülh və İdman” adlı beynəlxalq forum keçiriləcəkdir. Forumda gənclər və idman naziri Azad Rəhimov iştirak edəcəkdir.
Tədbirdə idmanın sülh prosesində və beynəlxalq münasibətlərdə rolu, idman təşkilatları arasında məlumat mübadiləsi və əlaqələrin genişləndirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılacaqdır.
Forumda Monakonun şahzadəsi II Albertin, “İdman və Sülh” Beynəlxalq Təşkilatının prezidenti Joel Bouzounun və digər şəxslərin çıxışları gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]