Monteneqro Prezidenti Türkiyəyə səfər edib
Ankara, 30 dekabr, AZƏRTAC
Monteneqro Prezidenti Milo Cukanoviç Türkiyəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Monteneqro Prezidenti Milo Cukanoviç İstanbulda görüşüblər.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.
Diqqətə çatdırılıb ki, tarixi köklərə malik Türkiyə-Monteneqro münasibətləri müasir dövrdə də daim inkişafda olub.
Prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) indiyədək Monteneqroda ümumilikdə 20 milyon avrodan yuxarı məbləğində 400-dən çox layihə və fəaliyyətlər həyata keçirib. Türkiyə NATO müttəfiqi olan Monteneqronun Avropa İttifaqına tam üzvlüyünü səmimiyyətlə təşviq edir və dəstəkləyir.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]