Moskva Dövlət Universitetinin Bakı filialı hüquq məsləhətçisi vakansiyası üzrə işə qəbul elan edir
Bakı, 16 iyun, AZƏRTAC
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı hüquq məsləhətçisi vakansiyası üzrə işə qəbul elan edir.
Bu barədə AZƏRTAC-a MDU-nun Bakı filialından məlumat verilib. Vakant vəzifə haqqında məlumatı təqdim edirik.
HÜQUQ MƏSLƏHƏTÇİSİ
İş barədə məlumat:
• təhsil müəssisəsində qanunvericiliyin daim gözlənilməsini və onun hüquqi maraqlarının müdafiəsini və tətbiqini təmin edir;
• qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisədə hazırlanmış əmr, təlimat, əsasnamə layihələrinə nəzarəti həyata keçirir;
• zəruri hallarda müvafiq hüquqi sənədlərin (əmr, təlimat, əsasnamə və s.) hazırlanmasında iştirak edir;
• əmək intizamını möhkəmləndirmək məqsədilə həyata keçirilən tədbirlərdə iştirak edir;
• rəhbərlik tərəfindən verilən əmrlərin və digər normativ sənədlərin, aktların tətbiqi işinə dair müvafiq məsləhətlər verir;
• müəyyən məzmunlu müqavilələrin tərtibi, yoxlanılması və hüquqi tənzimlənməsini həyata keçirir.
• İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-17:00; Şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi.
Namizədə aid tələblər:
• Təhsil: Ali (hüquq sahəsində)
• Təcrübə: Ali təhsil müəssisələrində çalışanlara üstünlük veriləcək.
• Yaş: 30-55
• Proqramlar: MS Office (sərbəst işləmə bacarığı)
• Dil biliyi: Azərbaycan dili və rus dili biliyi vacibdir.
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu hissəsində müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 30.06.2023-cü il tarixinədək göndərə bilərlər.