Moskva öz diplomatik missiyalarının təhlükəsizliyini gücləndirməyi Parisdən tələb edir
Moskva, 24 fevral, AZƏRTAC
Rus diplomatları Rusiyanın Marseldəki baş konsulluğuna hücum edənlər haqqında məlumat almaq üçün Fransadakı səlahiyyətlilərlə əlaqə saxlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyinin məlumatında deyilir. Onlar, həmçinin qeyd ediblər ki, Marseldəki baş konsulluğa hücumdan əvvəl də səfirlik Fransa hakimiyyətinə Rusiya diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin gücləndirilməsi xahişi ilə müraciət edib.
Xatırladaq ki, fevralın 24-də yerli vaxtla səhər saat 8 radələrində Rusiyanın Marseldəki baş konsulluğunun ərazisinə “Molotov kokteyli” atılıb. Hücum nəticəsində insan tələfatı və ya ciddi dağıntı olmayıb. Moskva insidenti mümkün “terror aktı” kimi qiymətləndirərək Fransadan hərtərəfli araşdırma aparmağı və Rusiya diplomatik missiyaları üçün təhlükəsizlik tədbirlərini gücləndirməyi tələb edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]