Moskvada bir gündə koronavirusdan ölənlərin sayında antirekord qeydə alınıb
Moskva, 28 iyun, AZƏRTAC
Moskvada bir gündə koronavirusdan ölənlərin sayında antirekord qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, iyunun 27-də Rusiya paytaxtında 124 nəfər koronavirusdan dünyasını dəyişib. Bu pandemiya başlanandan qeydə alınmış ən böyük göstəricidir.
Bir gündə Moskvada 7 246 yeni xəstə aşkarlanıb, 4 433 xəstə sağalıb. Hazırda paytaxtda 175 682 nəfər COVID-19 virusunun törətdiyi xəstəlikdən müalicə alır ki, bu da pandemiya dövrünün ən yüksək göstəricisidir.
Moskva meri Sergey Sobyanin şəhərdə epidemioloji vəziyyəti “olduqca ağır” kimi qiymətləndirib. Onun sözlərinə görə, son həftə ərzində həm virusa yoluxanlar, həm də reanimasiyada müalicə alanlar, eləcə də vəfat edənlərin sayı həddindən çox artıb. Moskvada tətbiq edilən məhdudiyyətlər, o cümlədən restoran və kafelərə QR kodlarla buraxılması kimi tədbirlər nəticəsində peyvənd vurdurmaq istəyənlərin sayında xeyli artım müşahidə olunur.
S.Sobyanin xatırladıb ki, hazırda şəhərdə tüğyan edən yeni koronavirusun “delta” ştamı daha qorxulu və təhlükəlidir. O, şəhər sakinlərini özlərini qorumağa və peyvənd vurdurmağa çağırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]