MOSKVADA DİLƏNÇİLƏRİ, FALÇILARI VƏ XIRDAVATÇILARI CƏRİMƏ EDƏCƏKLƏR
Moskva Dövlət dumasının deputatı Aleksandr Semennikovun sözlərinə görə, məcəllədə artıq mövcud normalar sistemləşdiriləcək, yeni maddələr əlavə olunacaqdır. İctimai yerlərdə vətəndaşlara mal və xidmətlər təklif edilməsi, habelə dini təşviqat məqsədi ilə yanaşmaq qadağan olunacaqdır.
İctimai yerlərdə falçılığa, qumar oynamağa görə də cərimə müəyyən ediləcəkdir. Məcəllə layihəsində videoməhsulların nümayişi zamanı yaş məhdudiyyətinin pozulmasına, yəni filmlərin nümayişinə 18 yaşınadək şəxslərin buraxılmasına görə də cərimə təyin olunacaqdır. Deputat bildirmişdir ki, layihə üzərində iş zamanı cecə arağı çəkilməsinə, qəbiristanı itlə ziyarət etməyə, gecə at sürməyə görə cərimələrlə bağlı təkliflər qəbul edilməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [21:45]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]