MOSKVADA DİNİ LİDERLƏRİN ÜMUMDÜNYA ZİRVƏ TOPLANTISI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Moskvanın və Bütün Rusiyanın Patriarxı II Aleksinin cari il iyulun 4-5-də Moskvada dini liderlərin Ümumdünya zirvə toplantısını keçirmək təşəbbüsünü Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam hacı Allahşükür Paşazadə alqışlayaraq tədbirdə iştirak edəcəyini bildirmişdir.