MOSKVADA “DÜNYA BİRLİYİ CİNAYƏTKARLIĞIN VƏ TERRORİZMİN QLOBALLAŞMASININ ƏLEYHİNƏDİR” MÖVZUSUNDA FORUM KEÇİRİLMİŞDİR
Forum iştirakçıları terror aktlarının miqyasının və coğrafiyasının genişlənməsi ilə əlaqədar narahatlıqlarını bildirmişlər. Natiqlərin fikrincə, beynəlxalq terrorizmlə mübarizədə əsas rolu BMT, digər beynəlxalq təşkilatlar və bütün ölkələrin parlamentləri oynamalıdır. Forumda terrorizmi doğuran şəraitin aradan qaldırılmasından, habelə bütün ölkələrin bu bəla ilə mübarizədə sıx əməkdaşlığı üçün vahid antiterror qanunvericiliyinin yaradılmasından da danışılmışdır. Vurğulanmışdır ki, terrorizmlə mübarizədə başlıca vəzifələrdən biri onu İslamdan öz məqsədləri üçün istifadə etmək imkanından məhrum etməkdir.
Forumun yekunlarına əsasən bəyanat qəbul edilmiş, burada terrorizmlə mübarizəyə dair bütün zəruri tədbirlər əksini tapmışdır. Qeyd olunmuşdur ki, ümumi antikriminal qanunların qəbulu, habelə dünyada terrorizmin hər cür təzahürlərinə qarşı vahid cəbhədə mübarizə aparılması bu bəlaya qarşı real sipərdir.