MOSKVADA “MDB-DƏ SƏRMAYƏ SİYASƏTİ: MARAQ VƏ QARŞILIQLI FƏALİYYƏT” MÖVZUSUNDA FORUM KEÇİRİLƏCƏK
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-a bildirmişlər ki, Forumda sərmayə imkanlarının araşdırılması, sərmayələrin cəlb edilməsi, sərmayə layihələrinin həyata keçirilməsində təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılacaq, dünyanın müxtəlif ölkələrində olan tərəfdaşlar və müştərilərlə işgüzar əlaqələr yaradılacaqdır.
Forum çərçivəsində, həmçinin dəyirmi masalar keçiriləcək, MDB məkanı üçün konkret layihələr, xüsusilə də topdansatış ticarəti üçün satış mərkəzləri sisteminin yaradılması, su ehtiyatlarının istifadəsi və inkişafı, informasiya sahəsində əməkdaşlıq, işgüzar turizm, elektroenerji sahəsində topdansatış bazarının formalaşdırılması, inkişaf etdirilməsi və s. məsələlər müzakirə ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:14]
İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]
Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]
Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək
- 30.09.2026 [14:54]