MOSKVADA RUSİYA-İRAN MƏSLƏHƏTLƏŞMƏLƏRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 24-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla burada işgüzar səfərdə olan İran XİN-in başçısı Mənuçöhr Möttəki arasında Rusiya-İran məsləhətləşmələri keçirilmişdir.
Görüş zamanı ikitərəfli əməkdaşlıq, habelə aktual beynəlxalq problemlər, o cümlədən Rusiya ilə İran arasında Xəzərdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunmuşdur.
Danışıqlarda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətlə bağlı məsələ xüsusi yer tutmuşdur.
Rusiya XİN bildirmişdir ki, danışıqlar zamanı Moskva və Tehran konstruktiv, mehriban qonşuluq münasibətlərinin davam etdirilməsinə, region çərçivəsində çoxcəhətli tərəfdaşlığın dərinləşdirilməsinə səy göstərdiklərini vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]