Moskvanın Azərbaycan etnomədəni komponentli məktəbində Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilir
Moskva, 13 fevral (AZƏRTAC). Moskvanın general Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni komponentli ümumtəhsil məktəbində Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilir.
Tədbirlər çərçivəsində şagirdlərə Azərbaycanın tarixi, mədəniyyəti, faşizm üzərində qələbədə ölkəmizin rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat veriləcəkdir.
Birinci elmi-praktik konfrans Stalinqrad döyüşünə həsr olunmuşdur. Konfransda şagirdlər Böyük Vətən müharibəsindən bəhs edən bədii kompozisiya nümayiş etdirmişlər. Sonra Böyük Vətən müharibəsinin veteranları Stalinqrad döyüşünün əhəmiyyətindən, Azərbaycan döyüşçülərinin fədakarlığından söz açmışlar.
Məktəbin direktoru Aida Quliyeva bildirmişdir ki, Böyük Vətən müharibəsində faşizm üzərində qələbədə oğul və qızlarımızın qəhrəmanlığı, habelə Azərbaycan nefti əhəmiyyətli rol oynamışdır. Müasir dövrdə də dünyada müharibələr gedir və gənc nəsil bu tarixi hadisələrin mahiyyətini anlamalıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]