CƏMİYYƏT
MSK: Bələdiyyə seçkilərində 21 nəfər səlahiyyətli nümayəndə kimi qeydə alınıb
Bakı, 2 dekabr, AZƏRTAC
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında MSK-nın katibi Arifə Muxtarova bildirib.
A.Muxtarova qeyd edib ki, Vətəndaş Həmrəyliyi Partiyasının 21 nəfər səlahiyyətli nümayəndəsi, 1 şəxs isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib.
Qeyd edək ki, əvvəlcə iclasda Seçki Komissiyasının noyabrın 26-da və 27-də keçirilmiş iclaslarının protokolları təsdiqlənib.