Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin videogörüntülərini paylaşıb
Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin videogörüntülərini yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Böyük Mərcanlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu hərbi əməliyyatların birinci günündə - sentyabrın 27-də kəndi işğalçılardan azad edib.