Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində yerləşən təmas xəttindəki vəziyyətlə əlaqədar yayılan məlumat əsassızdır
Bakı, 29 fevral, AZƏRTAC
2014-cü ilin iyun ayında bəzi elektron kütləvi informasiya vasitələrində Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttindəki vəziyyətlə əlaqədar verilmiş dezinformasiya xarakterli məlumat bu gün təkrarən sosial şəbəkələrdə və elektron mediada yayılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, həmin məlumat təqribən iki il bundan əvvəl verilib və elə o vaxt da dərhal nazirlik tərəfindən bu xəbərin dezinformasiya olması bildirilib.
Nazirlik bu əsassız xəbərin yenidən gündəmə gətirilməsini kimlərinsə maraqlarına xidmət və təxribata şərait yaratmağa cəhd kimi dəyərləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]