SİYASƏT
Müdafiə Nazirliyi Qubadlı rayonunun videogörüntülərini yayıb VİDEO











Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun videogörüntülərini yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Qeyd edək ki, Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 25-də rayonu işğaldan azad edib. İşğaldan əvvəl rayonda 1 şəhər və 93 kənd olub.