Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr təqdim edilib
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2022-ci il 25 iyun tarixli Sərəncamına əsasən təltif olunan bir qrup hərbi qulluqçuya müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən ali hərbi rütbələr təqdim edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 28-də hərbi qulluqçuları qəbul edən müdafiə naziri Ali Baş Komandanın göstərişinə əsasən ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl tədbirlərdən və Orduda aparılan genişmiqyaslı islahatlardan danışıb.
General-polkovnik Z.Həsənov vurğulayıb ki, dövlətin orduya göstərdiyi yüksək diqqət və qayğıya cavab olaraq, hər bir zabit üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməlidir.
Təltif olunan hərbi qulluqçular Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirərək onlara göstərilən etimadı doğruldacaqlarına, həmçinin Vətənə, xalqa və Ali Baş Komandana hər zaman sədaqətli olacaqlarına dair söz veriblər.
Müdafiə naziri təltif olunan hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]