Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.