Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə sənəd qəbulu bu gün başa çatır
Bakı, 5 iyun, AZƏRTAC
Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu bu gün saat 23:59-da başa çatacaq.
AZƏRTAC xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:20]
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
- 09.10.2026 [13:17]
AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub
- 09.10.2026 [12:54]
ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?
- 09.10.2026 [12:42]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi
- 09.10.2026 [11:40]