Müəllimlərin nəzərinə: Təbiət dərsliyi üzrə müəlliflər çıxış edəcək
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqovun moderatorluğu ilə “Təbiət fənninin təlimində spesifik yanaşma” mövzusunda vebinar keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarda spiker qismində təbiət dərsliyi üzrə müəlliflər Yalçın İslamzadə, Rəşad Səlimov, Elmar İmanov və Famil Ələkbərov, fənni tədris edən Sabunçu rayonu 107 saylı tam orta məktəbin müəllimi Mayıl Məmmədov və Quba Dağlı kənd məktəbinin müəllimi Lalə Bədəlova çıxış edəcəklər.
Qeyd edək ki, vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]