MÜƏSSİSƏ ATMOSFERƏ... OKSİGEN BURAXIR
“Azərsun Holdinq” şirkətlər qrupunun Bakı yağ və qida sənayesi müəssisəsi hər gün atmosferə 2 min kubmetr... oksigen buraxır. “Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Qərənfil AZƏRTAC-a bildirmişdir ki, keçmiş marqarin zavodunun bazasında yaradılmış müəssisədə olduqca nadir texnologiya tətbiq edilir. Burada elm və texnikanın ən son nailiyyətləri əsasında yaradılmış, ekologiyanın qorunmasına və sağlamlaşdırılmasına xidmət edən çox bahalı avadanlıq quraşdırılmışdır. Ayrı-ayrı hissələr, qurğu və qovşaqlar Belçika, Almaniya, Fransa, ABŞ, İtaliya və Türkiyədən gətirilmişdir. Məsələn, son vaxtlar quraşdırılmış süzgəc qurğusunun qiyməti 2 milyon avrodur. Dünyada 2 belə müəssisə mövcuddur. Onlardan biri Hollandiyada, digəri isə Bakıdadır.
Xarici ölkələrin mütəxəssisləri böyük gələcəyi olan bu mütərəqqi texnologiyanı öyrənməyə və tətbiq etməyə çalışırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]