MÜƏSSİSƏNİN İSTEHSAL ETDİYİ MƏHSULLAR İNSAN ORQANİZMİ ÜÇÜN TƏHLÜKƏLİ DEYİLDİR
“Gəncə Quşçuluq” ASC-nin direktoru Yaşar Qasımov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, müəssisənin istehsal etdiyi məhsullar insan orqanizmi üçün tam təhlükəsizdir. Çünki 8 illik fasilədən sonra fəaliyyətə başlayan müəssisə yeni texnologiyalar əsasında işləyir və burada bəslənən quşlar tam qapalı şəraitdə baytar nəzarəti altında saxlanılır. Hazırda müəssisədə 30 min baş broyler və 17 min baş yumurtalıq toyuq vardır. 60 nəfərdən artıq işçiyə nahar fasiləsində verilən pulsuz yeməklər elə müəssisənin öz məhsullarından hazırlanır. Ciddi nəzarət altında saxlanan quşların istər ətinin, istərsə də yumurtasının təhlüksiz olduğunu qeyd edən müəssisə rəhbəri gələcəkdə istehsalat sahələrini genişləndirmək üçün hazırlıq işlərinin davam etdirildiyini də vurğulamışdır.