“Muğam axşamları” layihəsi yeni formatda təqdim olunacaq
Bakı, 2 iyun, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” möhtəşəm layihəsi tamaşaçılara yeni formatda təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, bundan sonra mərkəzin canlı konsertləri, həm də “Youtube” kanalı, “Facebook” və “Instagram” səhifələri vasitəsilə yayımlayacaq.
Qeyd edək ki, bu layihə çərçivəsində indiyədək tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizi gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar hər zaman böyük maraq göstəriblər
Artıq 4 ildən çoxdur, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş “Muğam axşamları” layihəsini həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [16:04]
Sərdar Sarayı: Zamanın silə bilmədiyi maddi-mədəni irsimiz
- 18.06.2026 [14:58]
Niyazinin mənzil-muzeyində növbəti tədbir
- 18.06.2026 [14:31]
Tanınmış ziyalılar MİMTA Fondunun qonağı olublar
- 18.06.2026 [12:31]
Milli Kitabxanada İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açılıb
- 18.06.2026 [12:20]