“MUĞANLI” MÜALİCƏ SUYUDUR
Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Müalicə İnstitutunun əməkdaşları Bərdənin Muğanlı kəndindəki suyun bir sıra xəstəliklərdə - böyrək, maddələr mübadiləsi, şəkərli diabet və s. müalicəvi əhəmiyyətini müəyyənləşdirmişlər.
“Muğanlı” suyu süfrə suyu kimi də əvəzsizdir.
Kənddə müalicə suyunun istehsalı üçün yeni sex tikilib istifadəyə verilmişdir.