“MULTİTEK” ŞİRKƏTİ AZƏRBAYCANDA FƏALİYYƏT GÖSTƏRƏCƏKDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, telefon stansiyaları üçün avadanlıq və cihazların istehsalı üzrə ixtisaslaşmış “Multitek” şirkəti yaxın vaxtlarda Azərbaycanda fəaliyyətə başlayacaqdır. Şirkətin ölkəmizdəki distribütoru “VH-TEL”dir.
“Multitek” şirkətinin istehsal etdiyi rabitə vasitələri bir çox ölkələrdə tanınır və qiymətləndirilir. Şirkətin əsas ixracat bazarı Avropa, Şimali Afrika və Yaxın Şərq ölkələridir.