MÜNAQİŞƏ ZONALARINDAKI RAYONLARDA 5 MİN EV BƏRPA EDİLƏCƏKDİR
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdən AZƏRTAC-a bildirmişlər ki, bərpa işləri Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Qazax və Ağstafa rayonlarında beynəlxalq standartlara uyğun aparılacaqdır.
Bərpa işlərinin layihələrini hazırlamaq üçün 100 milyon manat vəsait ayrılmışdır. Ağcabədi, Tərtər, Ağdam rayonlarında görüləcək işlərin layihələri artıq hazırdır.
Ağcabədidə 51 ev bərpa olunmalıdır. Tikinti təşkilatını müəyyən etmək üçün 2006-cı ilin yanvar ayında müsabiqə keçiriləcəkdir. Digər rayonlarda görüləcək bərpa işlərinin layihələri hazırlanır.
Agentliyin direktoru Əli Məmmədov bildirmişdir ki, ilk mərhələdə Ağstafada 23, Ağdamda 98, Tərtərdə 193 ev bərpa olunacaqdır.